Yan 01, 2018 11:30 Asia/Baku
  • Ruhani: Amerikanın İran xalqına ürək yandırmağa haqqı yoxdur
    Ruhani: Amerikanın İran xalqına ürək yandırmağa haqqı yoxdur

İran İslam Respublikasının prezidenti vurğulayıb: Bir neçə ay bundan öncə İran xalqını terrorçu adlandırmış Amerika prezidentinin İran xalqına ürək yandırmağa haqqı yoxdur.

Həsən Ruhani dünən axşam nazirlər kabinetinin iclasında İranın müxtəlif nöqtələrindəki bəzi etirazlara toxunaraq, deyib: İran xalqı əsas qanuna və vətəndaş hüquqlarına görə, öz tənqidləri və hətta etirazlarını bəyan etməkdə azaddır.

İran prezidenti vurğulayıb: Məsul orqanlar xalqın qanuni tənqidi və etirazı, hətta yürüş və toplantısı üçün zəmin yaratmalıdırlar, amma eyni zamanda, elə bir atmosfer yaranmamalıdır ki, xalq və İslam İnqilabı tərəfdarlarının yaşayışları və təhlükəsizlikləri üçün nigarançılıq meydana gəlmiş olsun.

Ruhani bədxahların İslami İrana qarşı fitnələrini şərh edərək, deyib: İran xalqı daim dünya, region və ölkənin həssas şəraitini gözəl şəkildə dərk edib və o, öz milli məsləhətlərinə əsasən, qərar çıxarır. 

Ruhani həmçinin regiondakı bəzi ərəb ölkələrinin heç vaxt İran xalqı ilə yaxşı əlaqələrə malik olmadıqlarını və hazırda şadlıq etdiklərini bəyan edərək, söyləyib: İrandakı qardaşlıq, vəhdət, milli birlik, asayiş və milli təhlükəsizlik regionda ən böyük sərmayədir.

İran prezidenti sonra vurğulayıb: Dövlət ictimai əmlakı dağıtmaq və ya ictimai intizamı pozmaq, yaxud da cəmiyyətdə iğtişaş yaratmaq istəyənlərə dözməyəcəkdir.

Ötən üç gün ərzində bir qrup insan İranın bir neçə şəhərində aksiya keçirib, şüarlar verərək, maliyyə müəssisələrində zərər çəkənlərin vəziyyətinin müəyyən olunmamasına, bəzi məhsulların bahalığına və dövlətin nəzarət zəifliyinə etiraz edibdir ki, bu toplantıların bəziləri naməlum və iğtişaşçı şəxslər tərəfindən çaxnaşmaya çevrilib.

Amerika başçıları, eləcə də əcnəbi medialar bu xalq toplantılarından sui-istifadə edərək, onları çaxnaşma və xaos istiqamətinə yönəltməyə çalışıblar.

Teqlər