Yan 01, 2018 17:52 Asia/Baku
  • Ruhani: Düşmənlər İranın uğurları və inkişaflarından əsəbidirlər
    Ruhani: Düşmənlər İranın uğurları və inkişaflarından əsəbidirlər

İran İslam Respublikasının prezidenti deyib ki, İranın iqtisadi, siyasi və regional sahələrdəki uğurları düşmənləri əsəbiləşdiribdir.

Həsən Ruhani bu gün İran İslam Şurası Məclisinin ixtisas komissiyalarının sədrlərilə yığıncaqda son bir neçə gündə İranın bəzi məntəqələrində baş vermiş etirazlar və aksiyalara toxunaraq, əlavə edib: Xalqın tənqidi və etirazı təhdid deyil, bir fürsətdir; İran xalqının özü, qanun pozucularının və iğtişaşçıların cavabını verəcəkdir.

Ötən günlərdə bir qrup insan İranın bir neçə şəhərində aksiya keçirib, şüarlar verərək, maliyyə müəssisələrində zərər çəkənlərin vəziyyətinin müəyyən olunmamasına, bəzi məhsulların bahalığına və dövlətin nəzarət zəifliyinə etiraz edibdir ki, bu toplantıların bəziləri naməlum və iğtişaşçı şəxslər tərəfindən çaxnaşmaya çevrilib.

İran İslam Respublikasının prezidenti söyləyib: İran xalqının dünyadakı siyasi qələbəsi, o sıradan nüvə anlaşmasının icrası, regionda terrorizmlə mübarizədəki müvəffəqiyyəti, həmçinin Amerikanın İrana qarşı sanksiyaların tətbiqində məğlub olması, Amerikanın və regionun bəzi qəsbkar rejimlərinin İran xalqına qarşı düşmənçiliklərinin böyük amillərindən biri olubdur.

Ruhani Amerikanın nüvə anlaşmasındakı məğlubiyyətinə toxunaraq, əlavə edib: Bir-iki ölkədən və bir qəsbkar mənfur rejimdən savayı, heç bir ölkə nüvə anlaşmasının pozulması məsələsində Amerikanı himayə etmədi və bütün dünya bu ölkənin qarşısında dayandı.

O, sonra belə qeyd edib: İran hazırda region üçün sabitlik və təhlükəsizliyin yaradılması, terrorizmin aradan götürülməsi, həmçinin Suriyanın gələcəyi, İraq və Livanın daha artıq stabilliyi və dünya məzlumlarını müdafiə məsələlərində müsbət rola malikdir.

İranın icra hakimiyyətinin sədri İranın uğurlarını düşmənlərin gözlərinə atılan ox, eləcə də Amerika və sionist rejim üçün dözülməz bir məsələ adlandırıb. O, bildirib ki, İranın düşmənləri daim İran xalqından intiqam almaq və opportunizm ardınca olublar.

İqtisadi sahədə problemlərin mövcud olduğunu və onu inkar etməyin mümkünsüzlüyünü dilə gətirən İran prezidenti deyib: İran xalqı mətanətlə bu problemləri arxada qoyacaq və müqəddəslərə və İnqilab dəyərlərinə hörmətsizlik etmiş və ictimai əmlakı dağıtmış opportunistlər və iğtişaşçıların cavabını yaxşı şəkildə verəcəkdir.

Teqlər