Yan 15, 2018 19:12 Asia/Baku
  • İslam Parlamentlərarası Birliyin qadın deputatlarının önəmli rolu
    İslam Parlamentlərarası Birliyin qadın deputatlarının önəmli rolu

İslam Əməkdaşlıq Təşkilatı İƏT-ə üzv ölkələrin Parlamentlərarası Birliyinin qadın deputatlarının 7-ci iclasının rəhbəri islam dünyasında qadın və uşaqların hüquqlarının ciddi şəkildə pozulmasına cavab çərçivəsində bu iclasın əhəmiyyətli olduğunu vurğulayıb.

Pərvanə Sələhşuri bazar ertəsi günü İƏT-ə üzv ölkələrin Parlamentlərarası Birliyinin qadın deputatlarının 7-ci iclasında beynəlxalq, xüsusilə də Yaxın Şərqdə çəkişmələrdə qadın və uşaqların hədəfə çevrilməsinə toxunaraq deyib: İslam ölkələri parlamentlərinin müsəlman qadınlarının iclası beynəlxalq səhnələrdə uşaq və qadınların hüquqlarının ciddi şəkildə pozulmasına cavab və onların dəstəklənməsi çərçivəsində yüksək əhəmiyyət kəsb edir.

İranın İslam Şurası Məclisinin Qadınlar Fraksiyasının sədri Sələhşuri həmçinin qadın və uşaqların əsaslı hüquqlarının pozulmasında bəzi beynəlxalq qüdrətlərin birtərəfli sanksiyalar tətbiq etməsinin mənfi təsirinə toxunaraq deyib: İslam parlamentlərinin deputatlarının beynəlxalq hüquq meyarlarına zidd hərəkətlərin təsirləri və onların aradan qaldırılması haqda bütün dünyadakı həmkarlarının diqqətini cəlb etmək üzrə önəmli vəzifəsi vardır.

Sələhşuri İranın qadının mentalitetinin qorunması üzrə səyinə toxunub və deyib: İran İslam Şurası Məclisi İranda ailənin önəmli rolunu nəzərə alaraq ailənin stabilliyi və möhkəmliliyinə kömək çərçivəsində qanunlar nəzərdə tutmuşdur.

İƏT-ə üzv ölkələrin Parlamentlərarası Birliyinin qadın deputatlarının 7-ci iclası bu gün günortadan sonra Pərvanə Sələhşurinin rəhbərliyi ilə Tehranda keçirilib.

İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin 13-cü Parlamentlərarası Konfransının açılışı sabah İran prezidenti və İslam Şurası Məclisi sədrinin iştirakı ilə olacaq və çərşənbə günü günortadan sonra yekun bəyanatla öz işinə yekun vuracaq.

Teqlər