Yan 15, 2018 21:30 Asia/Baku
  • Laricani: İran və Türkmənistanın mədəni münasibətlərinin tarixi kökləri var
    Laricani: İran və Türkmənistanın mədəni münasibətlərinin tarixi kökləri var

İran İslam Şurası Məclisinin sədri deyib: İran və Türkmənistanın qədim mədəni əlaqələri iki ölkənin əməkdaşlıqları genişləndirilməsində maraqlı olduğunu göstərir.

Əli Laricani bazar ertəsi günü İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin 13-cü Parlamentlərarası Birliyin konfransının kənarında Türkmənistan parlament sədri Akcanur Berdiyeva ilə görüşdə deyib: İran və Türkmənistanın inkişafı iki ölkənin xeyrinə olacaq və mövcud potensiallardan yaxşı şəkildə istifadə olunmalıdır.

İran parlamentinin sədri xatırladıb: İran şirkətləri türkmən iş adamları ilə iqtisadi və ticarət sahələrində və birgə layihələrdə əməkdaşlıq edə bilərlər.

Türkmənistan parlamentinin sədri Akcanur Berdiyeva da bu görüşdə iki ölkə münasibətlərinin artırılmasını bildirib və deyib: Türkmənistan İranla iqtisadi və mədəni əlaqələrin inkişaf etdirilməsində maraqlıdır.

Teqlər