Yan 16, 2018 10:50 Asia/Baku
  • Tehranda İƏT ölkələrinin Parlamentlərarası Birliyinin 13-cü konfransı başlanıb
    Tehranda İƏT ölkələrinin Parlamentlərarası Birliyinin 13-cü konfransı başlanıb

İslam Əməkdaşlığı Təşkilatına üzv ölkələrin Parlamentlərarası Birliyinin on üçüncü konfransı bu gün səhər İran İslam Respublikasının prezidenti Həsən Ruhani və İslam Şurası Məclisinin sədri Əli Laricaninin iştirakı ilə Tehranda işə başlayıb.

Bu konfransda qırx bir İslam ölkəsindən olan parlament sədrləri, sədr müavinləri və nümayəndələri iştirak edirlər.

İslam Əməkdaşlığı Təşkilatına üzv ölkələrin Parlamentlərarası Birliyinin on üçüncü konfransı sabah bir bəyanat yayaraq, öz işini başa vuracaqdır.

Cari həftənin şənbə, bazar və bazar ertəsi günləri İslam Əməkdaşlığı Təşkilatına üzv ölkələrin nümayəndələri və ekspertlərinin iştirakı ilə bu konfransın baş assambleyasının, eləcə də daimi və ixtisas komitələrinin iclasları keçirilib.

Teqlər