Yan 16, 2018 17:33 Asia/Baku
  • ABŞ-ın İrana qarşı düşmənçilik strategiyalarının şərhi
    ABŞ-ın İrana qarşı düşmənçilik strategiyalarının şərhi

İranın müdafiə naziri ABŞ-ın İrana qarşı düşmənçilik strategiyalarını şərh edib.

General-mayor Əmir Hatəmi bu gün nüvə anlaşması və Amerikanın İrana qarşı sanksiyaların aradan qaldırılması ilə mübarizə aparması barədə belə deyib: Bu rəftarların araşdırılması göstərir ki, düşmənlər İran İslam Respublikasını xas və mürəkkəb bir şəraitdə qoymaq istəyirlər.

General Hatəmi əlavə edib: Amerikanın İranla mübarizədəki strategiyası, İran İslam Respublikasına qarşı mürəkkəb atmosferin yaradılmasıdır, zira mürəkkəb mühitdə nizam-intizam pozulur və düzgün qərar çıxarmaq olmur.

İranın müdafiə naziri fürsətin aradan götürülməsi və qərar çıxarmaq üçün təmərküzün itirilməsini Amerikanın İrana qarşı mürəkkəb atmosferin yaradılmasındakı digər hədəflərindən adlandırıb və belə deyib: İran indiyədək İslam İnqilabının Böyük Rəhbərinin aydınlaşdırıcı tədbirləri altında və gözüaçıq və sayıq xalqa söykənməklə bu sərt şəraitdən keçib və icazə verməyibdir ki, dünyanın zalım qüvvələrinin izlədikləri mürəkkəb atmosfer reallaşmış olsun.