Yan 16, 2018 18:15 Asia/Baku
  • Ruhani: İran vahid İraqın tərəfdarıdır
    Ruhani: İran vahid İraqın tərəfdarıdır

İran İslam Respublikasının prezidenti düşmənlərin İraq xalqı arasında təfriqə salmaq üzrə fitnəsinin uğursuz qalmasını mühüm dəyərləndirib və deyib ki, İran daim vahid İraqı və region ölkələrinin coğrafi sərhədlərində dəyişikliyin edilməməsini istəyir.

Həsən Ruhani Tehranda İraq məclisinin sədri Səlim Abdullah Əlcəburi ilə görüşdə İranın dövləti və xalqının daim İraqın dövləti və xalqının kənarında olduğunu bildirərək, ümidvarlıq edib ki, İraq xalqı azad seçkilərdə öz geniş iştirakı ilə bu ölkədəki demokratiyada digər bir uğur qazanacaqdır.

İran İslam Respublikasının prezidenti vurğulayıb: İslam ölkələrinin müxtəlif səviyyələrdəki dialoqları, məşvərətləri və koordinasiyaları davam etməlidir.

Səlim Əlcəburi də bu görüşdə bildirib ki, İslam dünyası son dərəcə acınacaqlı problemlərlə üz-üzədir və problemlərin həlli üçün İslam ölkələri arasında həmkarlıq və səmərəli anlaşmadan savayı bir yol yoxdur, O, deyib ki, İran region problemlərinin həllində səmərəli və müsbət rola malikdir.

Teqlər