Yan 17, 2018 19:11 Asia/Baku
  • Ruhani: Sionistlər Livanda ixtilaf və təfriqədən faydalanırlar

İran İslam Respublikası prezidenti Livan xalqı və hökumətinin düşmən fitnəsinin öhdəsindən yaxşı gəldiyini deyərək, əlavə edib: Sionistlər Livanda ixtilaf və təfriqədən faydalanırlar.

İran İslam Respublikası prezidenti Həsən Ruhani çərşənbə günü Tehranda Livan Parlamentinin sədri Nəbih Berri ilə görüşdə, ötən aylarda bəzi region ölkələrinin həqiqi mahiyyətinin üzə çıxdığına işarə və ümidvarlıq edib ki, bütün region ölkələri öz potensiallarından istifadə edərək, regionda sabitlik, təhlükəsizlik və birliyin möhkəmləndirilməsinə çalışsınlar və xarici güc mərkəzlərinin xüsusilə sionistlər və amerikalıların regionda təfriqə və düşmənçilik toxumu səpməsinə icazə verməsinlər.

Ruhani bu gün İslam ölkələrinin İslam Dünyası məsələləri qarşısında keçmişdə olduğundan daha artıq məsuliyyət daşıdığını deyərək, İslam ölkələri arasında dialoqun möhkəmləndirilməsini bir zərurət adlandırıb və deyib: birlik və yekdillik, səy və təlaş ilə region üçün daha yaxşı bir gələcək formalaşdırmaq olar.

Nəbih Berri də bu görüşdə Livanın daxili vəziyyəti ilə bağlı İran prezidentini məlumatlandırıb və sionist rejim ilə mübarizədə Livan xalqı və Hizbullahı dəstəkləməsinə görə İrana təşəkkür edib.

Livan Parlamentinin sədri bu gün Livanda çox yaxşı birlik və həmrəyliyin olduğunu deyərək, əlavə edib: İran region ölkələrindəki börhanların həllində çox yaxşı rol oynayır.

Nəbih Berri həmçinin, ABŞ hökumətinin Qüdslə bağlı mövqeyini region üçün böhran yaradan amil adlandırıb.

Livan Parlamentinin sədri İslam Əməkdaşlıq Təşkilatı Parlamentlərarası Birliyinin 13-cü iclasında iştirak etmək üçün Tehrana səfər edib.

Teqlər