Yan 19, 2018 14:25 Asia/Baku
  • Tehranın cümə namazının xətibi islam dünyasının birliyini vurğulayıb

Tehranın bu həftəki cümə namazının müvəqqəti imam cüməsi deyib: İslam ölkələri birləşərək ABŞ və sionist rejimin islam dünyası əleyhinə məkrli planları qarşısında durmalıdırlar.

Tehranın cümə namazının müvəqqəti imam cüməsi Ayətullah Məhəmməd İmami Kaşani Tehranda İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Parlamentlərarası Birliyinin 13-cü iclasının keçirilməsinə toxunub və əlavə edib: İran və islam dünyası düşmənlərinin məqsədi islamı məhv etməkdir. Buna görə, islam ölkələrinin ABŞ və sionist rejimin məkrli planları qarşısında ayıq-sayıq olmaları zəruridir.

Tehranın müvəqqəti imam cüməsi bəzi islam ölkələrinin Fələstin və Yəmən məsələsi qarşısındakı sükutunu qınayaraq deyib: Dünya müsəlmanlarının ilk qibləsi Qüds məsələsində sükut etmək olmaz, islam dünyası hazırda şücaətə ehtiyaclıdır.

Ayətullah İmami Kaşani bildirib: Sionist rejimin İran və islam dünyasına qarşı hərəkətləri ABŞ-ın dəstəyi və Ali-Səud rejiminin maliyyə yardımı ilə baş tutur. İslam ölkələri qüdrətlə, şücaətlə və birliklə səhnəyə daxil olmalı və bu məkrli planlarla mübarizə aparmalıdırlar.