İran və Rusiya regional böhranların həllini vurğuladı
İran xarici işlər nazirinin xüsusi siyasi məsələlər üzrə köməkçisi və Rusiya xarici işlər nazirinin müavini və Yaxın Şərq üzrə prezidentin xüsusi nümayəndəsi regiondan kənar qüdrətlərin müdaxiləsi olmadan regional böhranların həllini vurğulayıblar.
İRİB-in məlumatına görə, iran xarici işlər nazirinin xüsusi siyasi məsələlər üzrə köməkçisi və İranın Astana prosesi üzrə müzakirəçisi Hüseyn Cabiri Ənsari cümə günü Rusiya xarici işlər nazirinin müavini və prezidentin Yaxın Şərq məsələləri üzrə xüsusi nümayəndəsi Mixail Boqdanovla görüşdə iki ölkənin terrorizmlə mübarizədə əməkdaşlığının davam etməsinin vacibliyini vurğulayıb.
İran və Rusiyanın münasibətləri və Yaxın Şərq proseslərinin iki ölkənin yaxın məsləhətləşmələrini tələb etdiyini bildirən Cabiri Ənsari arxayınlıq edib ki, bu məsləhətləşmələr regionun problemləri, xüsusilə də Fələstin, Yəmən və Suriya problemlərinin həllinə kömək edəcək.
Mixail Boqdanov da bu görüşdə Yaxın Şərq və Şimali Afrikanın vəziyyətinin irəliyə doğru dəyişməkdə olduğunu və bəzən ziddiyyətlərlə yanaşı olan mürəkkəb proseslərin cərəyan etdiyini bildirərək deyib: Rusiya üçün bu prosesləri iranlı dostları ilə dəyərləndirmək və proqnoz etmək önəmlidir.
Boqdanov Soçi iclasının əhəmiyyətinə toxunub və deyib: İran və Rusiya heyətlərinin iclasından sonra Soçiyə gedəcək və Suriya Milli Dialoq Konqresinin təşkil olunması üzrə hazırlıqlarla bağlı son koordinasiyalar həyata keçiriləcək.
Suriya Milli Dialoq Konqresi İran, Rusiya və Türkiyənin razılaşmasına uyğun olaraq 29-30 yanvarda Rusiyanın Soçi şəhərində keçiriləcək.