Yan 20, 2018 18:00 Asia/Baku
  • Cabiri Ənsari və Aleksandır Lavrentiyev Soçidə görüşüblər
    Cabiri Ənsari və Aleksandır Lavrentiyev Soçidə görüşüblər

İran İslam Respublikası xarici işlər nazirinin siyasi məsələlər üzrə müavini ilə Rusiya prezidentinin Suriya məsələləri üzrə xüsusi nümayəndəsi Soçidə görüşüb, danışıqlar aparıblar.

İSNA-nın verdiyi məlumata əsasən İran xarici işlər nazirinin müavini və İranın Astana müzakirələrindəki baş müzakirəçisi Hüseyn Cabiri Ənsari Soçi şəhərində Rusiya prezidentinin Suriya məsələləri üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentiyev ilə görüşüb. Görüşdə 29-30 yanvarda Soçi şəhərində keçiriləcək Suriya Milli Konqresinin proqramı və gündəmində duracaq məsələlər barədə fikir mübadiləsi aparılıb.

Cabiri Ənsari və Aleksandr Lavrentiyev həmçinin, üçtərəfli Astana müzakirələri ilə bağlı son koordinasiyaları həyata keçiriblər. 

Teqlər