Yan 20, 2018 21:08 Asia/Baku
  • Neçrəvan Barzani - İraq Kürdüstanı başçısı
    Neçrəvan Barzani - İraq Kürdüstanı başçısı

İraq Kürdüstanı yerli hakimiyyətinin İran ilə əlaqələr üzrə məsul şəxsi İraq Kürdüstanı yerli hakimiyyətinin başçısı Neyçrəvan Barzaninin İran İslam Respublikası ilə Ərbil arasında əlaqələrin genişləndirilməsi məqsədi ilə Tehrana səfər etməsindən xəbər verib.

İraq Kürdüstanı yerli hakimiyyətinin İran ilə əlaqələr üzrə məsul şəxsi Abdullah Akrei İRNA-ya verdiyi müsahibədə deyib: Barzani Tehrana olan 2 günlük səfərində prezident Həsən Ruhani, İran İslam Şurası Məclisinin sədri Əli Laricani və İranın bir sıra digər yüksək səviyyəli rəsmiləri ilə görüşməlidir.

Abdullah Akrei həmçinin deyib: Barzani və İran rəsmiləri arasında baş tutacaq görüşlərdə İranın qərb sərhədlərinin açılması və iki tərəf arasında siyasi, iqtisadi və ticarət əlaqələrinin genişləndirilməsi məsələləri araşdırılacaq.

Bu kürd rəsmi əlavə edib: Neyçrəvan Barzaninin Tehrana səfəri Ərbil üçün böyük əhəmiyyət kəsb edir.

Teqlər