Yan 27, 2018 19:52 Asia/Baku
  • Sepah 5 terrorçunu öldürdü, 16 nəfəri yaxaladı
    Sepah 5 terrorçunu öldürdü, 16 nəfəri yaxaladı

İslam İnqilabı Keşikçilər Korpusu Sepahın quru qoşunlarının Nəcəf Qərargahı qüvvələrinin İranın qərbində İŞİD terrorçuları ilə qarşıdurmasında 5 terrorçu öldürülüb, terror dəstəsinin 16 nəfəri də saxlanılıb.

İslam İnqilabı Keşikçilər Korpusu Sepahın quru qoşunlarının Nəcəf Qərargahının ictimai əlaqələr şöbəsi bir bəyanatda bildirib: İslam İnqilabı Keşikçilər Korpusu Sepahın quru qoşunlarının Nəcəf Qərargahı qüvvələri dəqiq informasiyalar əsasında qərb hissədən İran İslam Respublikasının ərazisinə daxil olan İŞİD terror qruplaşmasının 21 nəfərlik terror dəstəsini təqibə götürüb və nəhayət şənbə günü səhər onlarla qarşıdurma başlanıb.

 

Teqlər