Yan 28, 2018 19:04 Asia/Baku
  • Brucerdi: ABŞ hələ də Suriyada terrorçuları dəstəkləmək ardıncadır
    Brucerdi: ABŞ hələ də Suriyada terrorçuları dəstəkləmək ardıncadır

İran İslam Şurası Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət komissiyasının sədri deyib: ABŞ-ın funksiyası region ölkələrini parçalamaq üçün bu ölkələrdə destabillik yaratdığını və terrorçuları dəstəklədiyini göstərir.

Əlaəddin Brucerdi bazar günü İslam Şurası Məclisinin plenar iclasının kənarında jurnalistlərə verdiyi açıqlamada Suriyanın parçalanması üzrə ABŞ-ın yeni ssenarisi haqda deyib: İran İslam Respublikası Suriyanın ərazi bütövlüyünü müdafiə edir. Ötən illərdə olduğu kimi, Suriya xalqı və dövlətinin müdafiəçilərindən biri olmuş və bir sıra məsələlərdə də nəticəyə çatmışdır. 

ABŞ, İngiltərə, Fransa, Səudiyyə Ərəbistanı və İordaniyadan ibarət Vaşinqton qrupunun ifşa olunan sənədi Suriya prezidentinin səlahiyyətlərinin ləğv edilməsi, qüdrətin mərkəzi hökumətin əlində cəmlənməməsi, BMT-nin Suriyaya birbaşa nəzarətinin tətbiq olunmasına şamil olur. 

Brucerdi həmçinin Türkiyənin Suriyanın Afrin bölgəsinə hücumu haqda da deyib: Türkiyənin addımı ABŞ-ın hərəkətlərinə reaksiyadır. Çünki amerikalılar İŞİD projesi məğlubiyyətə uğradıqdan sonra 30 min nəfərlik kürd ordusu yaratmaqla Suriyanın parçalanması istiqamətində addım atırlar. 

Teqlər