Yan 31, 2018 14:22 Asia/Baku
  • Ruhani: İran xalqı Cümhuriyyət və İslamçılıqdan heç vaxt dönməyəcək

İran İslam Respublikası prezidenti Cümhuriyyət və İslamçılığı İran İslam Respublikasının banisi Həzrət İmam Xomeyninin (rə) yadigarı adlandırıb və bildirib: İranın böyük xalqı bu iki prinsipdən heç vaxt dönməyəcək.

Həsən Ruhani İran İslam İnqilabının möhtəşəm qəələbəsinin 39-cu illiyi ərəfəsində bu gün səhər Həzrət İmam Xomeyninin (rə) pak hərəmində jurnalistlərə verdiyi müsahibədə deyib: BMT Təhlükəsizlik Şurasını İranın gələcək taleyi üçün çağıran imperialist qüdrətlər tam yaxşı dərk etməlidirlər ki, İran xalqı milli hakimiyyət, istiqlaliyyət və azadlığı ələdə etmişdir, onu qoruyacaqdır və İran İslam Respublikasını həmişə əziz saxlayır.

Ruhani İslam, Xalq və İranı üç əsas prinsip adlandırıb və əlavə edib: İran xalqı milli birliyi əziz saxlayır və heç bir qüdrət və supergüc İran xalqının yolunu dəyişdirə bilməz.

İran prezidenti və Nazirlər Kabinetinin üzvləri çərşənbə günü səhər İslam İnqilabının əzəmətli qələbəsinin 39-cu illiyi ərəfəsində İmam Xomeyninin (rə) pak ziyarətgahında və şəhidlər xiyabanında olaraq İslam İnqilabının Dahi banisi və şəhidlərin amalları ilə əhd-peymanı təzələyiblər.

Teqlər