Fev 01, 2018 13:47 Asia/Baku
  • Ruhani: İran xalqı düşmənlərlə qarşılaşmaq üçün daha hazır vəziyyətdədir
    Ruhani: İran xalqı düşmənlərlə qarşılaşmaq üçün daha hazır vəziyyətdədir

İran İslam Respublikası prezidenti deyib: İran xalqı düşmənlər qarşısında öz müstəqilliyi, milli təhlükəsizliyi, suverenliyini müdafiə sahəsində keçmişdəkindən daha hazırlıqlıdır.

Həsən Ruhani bu gün Kirman ostanında Sircan əhalisi qarşısında etdiyi çıxışında deyib: İran xalqı heç bir xarici gücün arxasında durmadığı yeganə bir inqilabı qələbəyə çatdırdı və vəhdət və fədakarlıqla bütün super güclərin dəstəklədiyi təpədən dırnağadək silahlanmış rejim qarşısında müqavimət göstərdi. 

İİR prezidenti deyib: İran xalqı siyasi sistemi seçkilər yolu ilə seçib və bu region və dünyada İran üçün iftixardır, ona görə ki, xalqın səsi, tənqidi və iştirakı olmadan tərəqqi yolunu getmək mümkün deyil. 

Ruhani İranın Orta Şərqin ən təhlükəsiz ölkəsi olduğunu bildirərək deyib: İranın indiki təhlükəsizlyi xalqın təhlükəsizlik qüvvələrinin kənarında birləşməsi və müqaviməti nəticəsində mümkün olub. 

İran İslam Respublikası prezidenti deyib: Sircan səfəri zamanı istifadəyə veriləcək layihələr İran ostanlarının tarixində misilsiz olacaq. 

İran prezidenti bu gün Kirman ostanının Sircan şəhərinə daxil olub. 

Teqlər