Fev 01, 2018 20:20 Asia/Baku
  • General Baqiri
    General Baqiri

İran İslam Respublikası Silahlı Qüvvələrin Baş Qərargah rəisi bu gün İslam İnqilabının qələbəsinin ildönümü günləri olan Fəcr ongünlüyünün başlanması münasibəti ilə etdiyi müraciətdə İslam İnqilabının Böyük Rəhbəri , İran xalqı və İslam İnqilabını sevənləri təbrik edərək bildirib: İranın silahlı qüvvələri Amerika, sionist rejim və onların regionda və regiondan kənardakı uzantılarını diqqətdə saxlayaraq İranın müdafiə və raket hüdudlarına kiminsə yaxınlaşmasına imkan verməyəcək.

İran İslam Respublikası rəsmiləri dəfələrlə İranın müdafiə proqramlarının o sıradan raket proqramının İranın qırmızı xətti olduğunu bildirərək vurğulayıblar ki, İranın müdafiə və raket siyasətləri ölkəni müdafiəyə və regionda sülh, sabitlik və təhlükəsizliyin təmininə xidmət edir. 

Vaşiniqton və onun bəzi müttəfiqləri daima İİR-nin müdafiə proqramlarının dayandırılmasına çağırırlar.

Teqlər