Fev 05, 2018 18:12 Asia/Baku
  • Qasemi: Tehran Fransa prezidentinin İrana səfəri barədə heç bir şərti qəbul etmir
    Qasemi: Tehran Fransa prezidentinin İrana səfəri barədə heç bir şərti qəbul etmir

İran Xarici İşlər Nazirliyinin sözçüsü deyib ki, Tehran Fransa prezidentinin İrana qarşıdakı səfəri barədə heç bir şərti qəbul etmir.

İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasemi bu gün daxili və xarici jurnalistlərlə brifinqində Fransa prezidentinin İrana səfəri üçün şərtlərin təyin edilməsinə dair xəbərlərin yayılması barədə belə əlavə edib: Fransa İranla inkişaf etməkdə olan həmkarlıqlarına rəğmən, İran İslam Respublikası üçün qeyd-şərtlər təyin etmək istəmək haqqına malik deyildir. 

O, vurğulayıb: İran İslam Respublikası şərt qəbul edən deyil və daxili və xarici siyasətlər barədə özü qərar çıxarır.

İranın diplomatiya aparatının sözçüsü deyib: Fransa prezidenti Emmanuel Makronun İrana səfər üzrə şərtləri barədə irəli sürülən bəhs yanlış, yersiz və tamamilə səhvdir və İran İslam Respublikasının siyasətləri çərçivəsinə sığmır.

Qasemi Türkiyənin Suriya ərazisindəki hərbi iştirakının davam etməsi barədə də deyib ki, Türkiyənin hərbi əməliyyatı tez bir zamanda dayandırılmalı və Suriyanın suverenliyi və ərazi bütövlüyünüə hörmət edilməlidir.

İran Xarici İşlər Nazirliyinin sözçüsü əlavə edib: Türkiyənin Suriyadakı hərbi iştirakının davam etməsi Suriyada terrorizm, əmin-amansızlıq və səbatsızlığın geri qayıtmasına kömək edə bilər. 

Qasemi Əfqanıstanın paytaxtı Kabildəki son partlayışlar barədə isə belə deyib: Əfqan partiya və qruplar Əfqanıstana təhlükəsizliyin qaytarılması və sabitliyin təsbiti istiqamətində daha artıq səy göstərməlidirlər.

Teqlər