Fev 05, 2018 20:41 Asia/Baku
  • Ruhani İran avtomobilləri nümunəsi sərgisində olub
    Ruhani İran avtomobilləri nümunəsi sərgisində olub

İran prezidenti bu gün İranın şose yolu nəqliyyatının yenilənməsi üzrə nailiyyətlər və daxildə istehsal olunmuş avtomobillər nümunəsi sərgisindən baxış keçirib.

Həsən Ruhani bu sərginin kənarında müxbirlər qarşısında bildirib ki, avtomobillərin yenilənməsi layihəsinin əsası daxili sənayeyə qayıdır. O, deyib: İranın şose yolu nəqliyyatının yenilənməsi layihəsində bütün istehsalçılar var güclərilə işləməli və xarici şirkətlərlə yeni müqavilələr bağlamalıdırlar ki, İranın daxilində avtomobil istehsalı payı artmış olsun.

İran prezidenti bildirib ki, İranın şose yolu nəqliyyatının yenilənməsi İranın beynəlxalq nəqliyyat sektorundakı yerinin yüksəlməsinə də səbəb olacaq. O, deyib: Bu sərgidə dünyada istifadə olunan modellərin oxşarı olan daxildə istehsal olunmuş böyük və kiçik yük maşınlarından yaxşı nümunələr mövcuddur.

Teqlər