Fev 06, 2018 10:20 Asia/Baku
  • Zərif: Tramp nüvə anlaşmasından çox narahatdır; İran regionun ən təhlükəsiz ölkəsidir
    Zərif: Tramp nüvə anlaşmasından çox narahatdır; İran regionun ən təhlükəsiz ölkəsidir

İran İslam Respublikası xarici işlər naziri ABŞ prezidenti Donald Trampın İran və 5+1 qrupu arasında nüvə anlaşmasından çox narazı olduğnu bildirərək deyib: Tramp nüvə anlaşmasını məhv etmək üçün bir metodu tapmaq ardıncadır.

Məhəmməd Cavad Zərif bazar ertəsi günü İranın 2-ci televiziyasının xüsusi dialoq proqramında ABŞ-ın nüvə anlaşması qarşısındakı öhdəliklərini yerinə yetirməməsinə toxunaraq deyib: Trampın etdiyi hərəkət proqnoz olunurdu. 

İran xarici işlər naziri əlavə edib: İranın ABŞ-dan heç vaxt gözləntisi olmayıb və nüvə anlaşmasını xoşməramlılıqla icra edib. 

İran və 5+1 qrupu (Britaniya, Fransa, Rusiya, Çin, ABŞ və Almaniya) arasında nüvə anlaşması 2016-cı il yanvar ayında qüvvəyə minib. Lakin bu qrupun üzvlərindən olan ABŞ hökuməti nüvə anlaşmasının icrası üzrə öz öhdəliklərini yerinə yetirmir. Tramp nüvə anlaşmasının digər tərəflərinin mövqelərinə zidd olaraq Əhatəli Müştərək Təşəbbüs Proqramını dəhşətli anlaşma adlandırıb və onun ləğv edilməsini istəyir. Lakin dünya onun bu düşmənçiliyinə qarşıdır. 

Zərif həmçinin İranın həmişə xalqa arxalandığını bildirərək xatırladıb: İran İslam Respublikası regionun ən təhlükəsiz ölkəsidir. 

Regionun bir çox ölkəsində destabilliyin olduğuna diqqət çəkən Zərif əlavə edib: Təhlükəsizliyin təmin olunması haqda iki baxış vardır. Bir baxışa əsasən, İranın qənaətincə, ölkə daxilində təhlükəsizlik vətəndaşların səsvermələrdə iştirakı ilə təmin olunur. Region ölkələrinin izlədiyi başqa bir baxışa əsasən, ölkə təhlükəsizliyi xaricdən satın alınır. 

İran xarici işlər naziri Səudiyyə Ərəbistanının regiondakı yanlış hərəkətləri, o cümlədən destabillik və terror qruplarını yaratmaq və təchiz etməsinə toxunub və deyib: Səudiyyə Ərəbistanı yanlış fərmanla regiona daxil olub. 

Zərif əlavə edib: Səudiyyə Ərəbistanının region ölkələri, o cümlədən Yəmən qarşısındakı düşmənçilik siyasətləri Ər-Riyada nifrət və qəzəbi yaratmaqdan başqa heç bir nəticəsi olmayacaq. 

Teqlər