Fev 06, 2018 17:26 Asia/Baku
  • Ordu generalı Baqiri: Əfqanıstan xalqı ABŞ-ın irəliləməkdə olan planı ilə mübarizə aparacaq
    Ordu generalı Baqiri: Əfqanıstan xalqı ABŞ-ın irəliləməkdə olan planı ilə mübarizə aparacaq

İran Silahlı Qüvvələri Baş Qərargahının rəisi İŞİD-in Əfqanıstana köçürülməsinə dair amerikalıların yeni məkrli planına toxunaraq deyib: Əfqanıstan xalqı amerikalıların irəliləməkdə olan bu planı ilə mübarizə aparacaq.

Ordu generalı Məhəmməd Baqiri çərşənbə axşamı günü jurnalistlərə verdiyi açıqlamada amerikalıların gərginliklə mübarizə bəhanəsi ilə cənub-qərbi Asiya bölgəsindəki iştiraklarını əsaslandırmağa çalışdıqlarını deyərək bildirib: Buna əsasən, region stabil olarsa, onlar öz ordularını toplamalı və getməlidirlər. Belə ki, region ölkələri öz təhlükəsizliklərini təmin etsinlər. 

İran Silahlı Qüvvələri Baş Qərargahının rəisi əlavə edib: Amerikalılar İraq və Suriyada İŞİD və mütəşəkkil terror qruplaşmalarının ələ keçirdikləri əraziləri itirdiklərini gördükləri vaxt onları Əfqanıstana köçürürlər. Hazırda bu ölkədə partlayış, terror aktı və cinayətlər müşahidə olunur. 

Ordu generalı Baqiri əlavə edib: İranın qənaətincə, amerikalıların bu məkrli planı irəliləməkdədir. Əfqanıstan xalqı əl-ələ verərək onunla mübarizə aparacaq ki, ABŞ-ın heç bir əlaltısı və terror qruplaşması regionda olmasın. 

Teqlər