Fev 09, 2018 14:18 Asia/Baku
  • İranın neft naziri müavini: İran öz gündəlik neft hasilatı həcmini artırmağa çalışır
    İranın neft naziri müavini: İran öz gündəlik neft hasilatı həcmini artırmağa çalışır

İranın neft nazirinin beynəlxalq məsələlər üzrə müavini dünən Parisdə "Avromani" investisiya orqanının İran mehvərli ikinci iclasının kənarında deyib ki, İran öz gündəlik neft hasilatı həcmini artırmağa çalışır.

Əmirhoseyn Zəmaniniya belə qeyd edib: İran öz gündəlik neft hasilatını 700 min barelə yüksəltməklə qarşıdakı üç-dörd il ərzində öz neft hasilatını gündə dörd milyon yeddi yüz min barelə çatdırmağa çalışır.

"Avromani" investisiya orqanının İran mehvərli ikinci iclası İranın yüksək səviyyəli iqtisadi heyətinin iştirakı ilə cümə axşamı günü Fransanın paytaxtı Parisdə işə başlayıb.

"Avromani" investisiya orqanının ikinci iclasının keçirilməsində məqsəd, neft və qaz, turizm, nəqliyyat və sığorta sahələri xüsusiyyət təşkil etməklə İranda investisiya fürsətlərini təqdim etməkdir.

Mötəbər "Avromani" müəssisəsi beynəlxalq bir orqan olaraq, bankları ölkə, region və dünya səviyyələrində öncəki maliyyə ilndəki fəaliyyətlərinə görə dəyərləndirib, bir-birilə müqayisə edir.

Teqlər