Fev 09, 2018 18:57 Asia/Baku
  • İran xarici işlər naziri müavininin avropalı rəsmilərlə məşvərəti
    İran xarici işlər naziri müavininin avropalı rəsmilərlə məşvərəti

İran xarici işlər nazirinin siyasi müavini Parisdə keçirilən 2-ci Avromani konfransının kənarında avropalı diplomatlarla nüvə anlaşmasının son durumu və ikitərəfli, regional və beynəlxalq məsələlər barədə məşvərət edib.

İran xarici işlər nazirinin siyasi müavini Seyid Abbas İraqçı İngiltərənin xarici işlər nazirinin müavini Alister Burt ilə görüşüb.

İraqçı bundan öncə də Fransa xarici işlər nazirliyinin baş katibi və siyasi müdiri Montayn Vedoriviyer, Yelisey sarayının beynəlxalq müşaviri U Tin ilə görüşlərdə onlarla nüvə anlaşmasının son durumu və ikitərəfli, regional və beynəlxalq məsələləri araşdırıbdır.

Avromani konfransı dünən İran və Avropanın maliyyə, bank və iqtisadi rəsmilərinin iştirakı ilə Parisdə keçirilib və İran məsələsinə həsr edilibdir.

Avromani investisiya, sərmayə bazarı və bank araşdırmaları sahəsinə mötəbər beynəlxalq müəssisələrdən biridir.

Teqlər