Fev 12, 2018 17:09 Asia/Baku
  • Qasemi: İran İraqda quruculuq işlərinin həyata keçirilməsində öz konstruktiv rolunu davam etdirəcək
    Qasemi: İran İraqda quruculuq işlərinin həyata keçirilməsində öz konstruktiv rolunu davam etdirəcək

İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü bazar ertəsi günü İranın xarici işlər naziri Məhəmməd Cavad Zərifin İraqda Quruculuq Konfransında iştirak etməsinə işarə edərək, deyib: Tehran İraqda quruculuq işlərinin həyata keçirilməsi və bu ölkənin iqtisadi inkişafına yardım üzrə konstruktiv rolunu davam etdirəcək.

İraqda Quruculuq Beynəlxalq Konfransı 12-14 fevralda Küveytdə keçiriləcək. 

İRNA-nın məlumatına görə, Bəhram Qasemi İraqı İranın qonşu və dost ölkəsi adlandırıb və deyib: İran İraqda quruculuq üzrə beynəlxalq konfransın keçirilməsini müsbət qarşılayır və beynəlxalq ictimaiyyətin bu ölkənin abadlaşdırılması prosesində yaxından iştirak etməsini zəruri hesab edir. 

İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü həmçinin deyib: İran İslam Respublikası İraq xalqı və dövlətini himayədə tərəddüd etmir. Necə ki, terrorizm ilə mübarizədə İraq xalqı və dövlətinin kənarında olub. 

İranın İraqdakı səfiri də bundan öncə bildirmişdi ki, İran İslam Respublikası terrorizm ilə mübarizədə İraqa kömək etdiyi kimi, bu ölkənin quruculuğu və inkişafı prosesində də yaxın əməkdaşlığa malik olacaq. 

Teqlər