Fev 17, 2018 15:33 Asia/Baku
  • Ruhani Modi ilə görüşdə: İran-Hindistan əlaqələri heç bir ölkənin zərərinə deyil
    Ruhani Modi ilə görüşdə: İran-Hindistan əlaqələri heç bir ölkənin zərərinə deyil

İran İslam Respublikasının prezidenti bildirib ki, Tehran-Yeni-Dehli əlaqələri heç bir ölkənin zərərinə deyil. O, deyib: İkitərəfli əlaqələrin genişlənməsi və dərinləşməsi üçün geniş imkanlar mövcuddur ki, ondan iki xalq və region üçün daha yaxşı gələcək və maraqlar çərçivəsində daha artıq bəhrələnmək lazımdır.

Həsən Ruhani bu gün Yeni-Dehlidə Hindistanın baş naziri Narendra Modi ilə görüşdə energetika və nəqliyyatla bağlı sahələri iki ölkənin strateji əməkdaşlığı üçün iki mühüm imkan adlandırıb və belə əlavə edib: Çabəhar limanı Hindistandan Əfqanıstana, Mərkəzi Asiyaya və Şərqi Avropaya bir əlaqə körpüsü kimi İranın Hindistan və region ilə tarixi əlaqələrini daha da möhkəmlədə bilər.

Ruhani söyləyib: İran və Hindistanın tranzit əlaqələri region ölkələri məcmuəsi ilə çoxtərəfli və regional imkanlar yaradacaq və Tehran üç və çoxtərəfli müqavilələrə hazırdır ki, bu tranzit yolu Çabəhardan regional əlaqələrin möhkəmlənməsi üçün strateji bir yola çevrilmiş olsun.

İran İslam Respublikasının prezidenti vurğulayıb: Tehran Hindistana lazım olan enerjini də uzunmüddətli strateji müqavilələr formasında təmin edə bilər.

Ruhani həmçinin terrorizmi dünya üçün bir problem adlandırıb və belə deyib: Başlıca olaraq zorakılığı yayan və ifratçı təfəkkürlərin yayılmasından irəli gələn terrorizmin kökləri ilə mübarizə aparılmalıdır və İran bu sahədə Hindistan daxil olmaqla dost ölkələrlə mədəni əməkdaşlığa hazırdır.

Hindistanın baş naziri Narendra Modi də bu görüşdə bildirib ki, Hindistan İran ilə iki ölkəni maraqlandıran bütün sahələrdə uzunmüddətli əməkdaşlıqlara hazırdır. O, deyib: Hind şirkətləri neft və qaz daxil olmaqla müştərək həmkarlıq sahələrində öz investisiyalarını həyata keçirməyə hazırdırlar.

Modi həmçinin İranın Çabəhar limanının regional əməkdaşlıqların inkişafı istiqamətindəki önəmi və özəl yerinə toxunaraq, söyləyib: Çabəhar limanı region və dünyada ticarət münasibətləri oyununu dəyişdirə bilər və Hindistan hazırda öz məhsullarının, o sıradan buğdanın bu liman vasitəsilə Əfqanıstana ixrac edilməsinə başlayıbdır.

Teqlər