Fev 18, 2018 09:55 Asia/Baku
  • Xanım Fatimə(s.ə) üçün ilk əzadarlıq gecəsi İnqilab Rəhbərinin iştirakı ilə keçirildi

Xanım Fatimənin(s.ə) şəhadətinin ilk əzadarlıq gecəsi həzrət Ayətullahülüzma Xamenei, ölkə rəsmiləri və Əhl Beyt(ə) vurğunu olan kəsimin iştirakı ilə şənbə günü axşam İmam Xomeyni(r.ə) hüseyniyəsində keçirilib.

Höccətülislam Kazım Sədiqi bu mərasimdə həzrət Fatimənin(s.ə) fəzilətlərinə işarə edərək, ən ali ilahi imtahanı vilayətçilik imtahanı adlandırıb və deyib: Həzrət Zəhra(s.ə) kamil bir bəndə olaraq, vilayətçiliyin zirvəsində dayanmışdı. O, öz istiqamətləndirici xütbələri və ağlamaqları ilə nifaqın çirkin simasını rüsvay etdi. 

Bu mərasimdə həmçinin, məddahlar həzrət Fatimənin(s.ə) müsibətlərini zikr edərək, mərsiyə və növhələr oxuyublar. 

Cəmadiüssani ayının 3-ü bəzi rəvayətlərə əsasən xanım Fatimənin(s.ə) şəhadətinin ildönümü günüdür. 

Bəzi rəvayətlərdə isə həzrət Fatimənin(s.ə) hicrətin 11-ci ilində, cəmadiüssani ayının 13-ündə şəhid olduğ zikr olunur. 

Teqlər