Fev 18, 2018 10:38 Asia/Baku
  • Zərif Münhenə səfər edib

İran İslam Respublikası xarici işlər naziri, Münhen Təhlükəsizlik Konfransında iştirak məqsədilə bazar günü səhər Almaniyaya səfər edib.

İRNA-nın məlumatına görə, İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərif 54-cü Münehn Təhlükəsizlik Konfransında iştirak və İran İslam Respublikasının regional və beynəlxalq təhlükəsizliklə bağlı baxışlarını açıqlamaq üçün Münhenə səfər edib. 

Zərif Münhen konfransında çıxış etməklə yanaşı, bəzi ölkə rəsmiləri ilə də görüşüb, müxtəlif mövzular o cümlədən regional və beynəlxalq böhranlar, xüsusilə Asiyanın qərbindəki təhlükəsizlik böhranları barədə fikir mübadiləsi aparacaq. 

54-üncü beynəlxalq Münhen təhlükəsizlik konfransı cümə gün, 16 fevralda Almaniyanın Bayern vilayətinin mərkəzi olan Münhenin Bayerisher Hof otelində işə başlayıb. 2 günlük Münhen təhlükəsizlik konfransı bu gün öz işini başa vuracaq. 

Teqlər