Fev 18, 2018 16:36 Asia/Baku
  • İnqilab Rəhbəri İranda sərnişin təyyarəsinin qəzaya uğramasına görə başsağlığı veriblər

İslam İnqilabının Böyük Rəhbəri bir sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində bir qrup insanın həyatını itirməsinə görə İran xalqı və hadisə qurbanlarının yaxınlarına başsağlığı veriblər.

Həzrət Ayətullahülüzma Xamenei bu gün bazar öz müraciətlərində deyiblər: Sərnişin təyyarəsinin süqut etməsi üzrə müsibətli hadisə bir qrup əziz vətəndaşımızın həlak olmasına səbəb olaraq, ürəkləri kədərə boğub.

İnqilab Rəhbəri daha sonra deyiblər: Baş vermiş hadisə ilə əlaqədar hadisə qurbanlarının yaxınlarının kədərini bölüşür, onlara Allahdan səbr və dözümlülük, hadisədə həyatını itirənlərə isə rəhmət və məğfirət diləyirəm.

Həzrət Ayətullahülüzma Xamenei həmçinin deyiblər: Əlaqədar rəsmilərin bu xüsusda var gücləri ilə çalışmaları, hadisə qurbanlarının cənazələri üçün dəfn mərasimi təşkil etmələri zəruridir.

İranın "Aseman" hava yolları şirkətinə məxsus ATR tipli sərnişin təyyarəsi bu gün səhər Tehran hava lilmanını Yasuc istiqamətində tərk etdikdən sonra, İsfahanın Səmirom məntəqəsində Dena dağı ərazisində süqut edib. Təyyarədə olan 66 nəfərin hamısı həlak olub.