Fev 19, 2018 11:33 Asia/Baku
  • Tehran-Yasuc istiqamətində qəzaya uğrayan təyyarənin qalıqlarının axtarışına başlanılıb
    Tehran-Yasuc istiqamətində qəzaya uğrayan təyyarənin qalıqlarının axtarışına başlanılıb

Kohkiluye və Boyerəhməd ostanının təcili tibbi yardım rəisi deyib: Yardım qüvvələri bütün imkanlarını səfərbər edərək hadisənin ikinci günündə 80 mütəxəssis yardımçı ilə qəzaya uğramış təyyarənin qalıqlarının axtarışına başlayıb.

Calal Puranfərd bu gün İRNA-ya verdiyi açıqlamada deyib: Bu əməliyyatda 40 ədəd təcili tibbi yardım maşını, bir ədəd tibbi yardım avtobusu və 45 axtarış əməliyyatı qrupu iştirak edir. Puranfərd ötən gün 10 saatlıq axtarışın nəticəsiz olduğunu bildirərək deyib: Təyyarənin qalıqlarının axtarışı əməliyyatı bu gün səhərdən 15 yardım qrupu və yerli axtarış qruplarının iştirakı ilə yenidən başlanıb. 

Təyyarənin qəzaya uğradığı ərazilərdə 100-dən çox zirvə mövcuddur və yerli bələdçilər vasitəsi ilə həmin zirvələrə doğru gedən yollar müəyyənləşdirilib. 

Bu gün hava şəraiti əlverişli olarsa vertolyot və PUA-dan istifadə imkanı da yaranacaq. 

"Aseman" hava yolları şirkətinə aid olan 60 sərnişin və 6 ekipaj üzvünü daşıyan ATR tipli bir sərnişin təyyarəsi bazar günü səhər saat 8-də Tehranı Yasuca doğru tərk etdi amma İsfahanın Səmirom şəhəri yaxınlığında qəzaya uğradı.  

Teqlər