Fev 19, 2018 20:05 Asia/Baku
  • İran və Rusiya XİN rəhbərləri Moskvada görüşüblər
    İran və Rusiya XİN rəhbərləri Moskvada görüşüblər

İranın xarici işlər naziri Moskvanın Valday klubunda Orta şərq mövzusunda keçirilən konfransın kənarında Rusiyalı həmkarı ilə görüşüb.

Məhəmməd Cavad zərifin bu gün Sergey Lavrov ilə görüşündə qarşılıqlı əlaqələr, Suriya məsələləri və Suriya böhranının həlli istiqamətində son təşəbbüslər araşdırlıb. 

İranın xarici işlər naziri Valday konfransında etdiyi çıxışında İran və Rusiyanın Orta şərq regionunda münaqişə və toqquşmaların həlli istiqamətindəki rolunu vurğulayaraq deyib: Rusiyanın regiona nüfuzu, dialoq əsasında Fars körfəzi nümunəsinin dəyişməsinə töhfə verməkdə əsas rol oynaya bilər. 

Bu gün Moskvanın Valday klubunda Orta şərq hadisələri üzrə konfrans keçirildi. 

Teqlər