Fev 20, 2018 09:48 Asia/Baku
  • İnqilab Rəhbərinin iştirakı ilə Həzrət Fatimə-Zəhranın (s.ə) şəhadəti gecəsində əzadarlıq mərasimi

Həzrət Fatimə-Zəhranın (s.ə) şəhadəti gecəsində əzadarlıq mərasimi İmam Xomeyni (rə) hüseyniyyəsində İslam İnqilabının Böyük Rəhbərinin iştirakı ilə keçirilib.

Xalq kütlələrindən minlərlə nəfər, bir qrup rəsminin iştirak etdiyi mərasimdə Höccətülislam vəlmüslimin Rəfii cəmiyyətlərdə dəyərlərin tənəzzül etməsinin səbəblərini bəyan edərək deyib: Ümmül-Əimmənin (s.ə) baxışınca nifaqın yaranması, Qurandan uzaqlaşmaq, Həzrət Məhəmmədə (s.ə.s) hörmət etməmək, şeytanın ardınca getmək, təfriqə və ixtilaf yaratmaq cəmiyyətini dini dəyərlərdə tənəzzül etməsinin əsas səbəbləridir. 

Mərasimin natiqi əlavə edib: Hazırda tarixdən dərs alaraq acı hadisələrin təkrarlanmasına mane olmalıyıq. 

Bu gün 20 fevral 2018-ci il, 3 cəmadüissani 1439-cu hicri qəməri ili, əziz islam peyğəmbəri Həzrət Məhəmmədin (s.ə.s) əziz qızı və dünya şiələrinin birinci imamı əmirəl-möminin Əli İbn Əbitalibin (ə) həyat yoldaşı Həzrət Fatimə-Zəhranın (s.ə) şəhadətinin ildönümü günüdür.