Fev 20, 2018 10:19 Asia/Baku
  • Ruhani: Astana və Soçi müzakirələri Suriyanın təhlükəsizliyi üçün ümid yaradıb

İran İslam Respublikası prezidenti bazar ertəsi gecə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon söhbətində regional məsələlər, o cümlədən terrorizmlə mübarizə və Suriya böhranının həlli üzrə İran, Türkiyə və Rusiyanın əməkdaşlıqları və məsləhətləşmələrini müsbət və təsiredici adlandırıb və münasib məqsədə çatmaq üçün Tehran-Ankara-Moskva əməkdaşlıqları və müzakirələrinin genişlənməsinin vacibliyini vurğulayıb.

Həsən Ruhani terrorizmlə mübarizə, Suriyanı terror qruplaşmalarından təmizləmək, regionda separatçılıq hərəkətləri ilə mübarizəni İran və Türkiyənin ortaq məqsədlərindən adlandırıb və əlavə edib: Hazırda bölgədə əlaltı hökumətləri iqtidara gətirmək üçün separatçılıq planları baş verməkdədir. Hərtərəfli əməkdaşlıqların inkişaf etdirilməsi ilə bu təhlükəsizlik nigaranlıqlarının aradan qaldırılması istiqamətində çalışmaq lazımdır. 

İran İslam Respublikası prezidenti İran, Türkiyə və Rusiya dövlət başçıları və rəsmilərinin Suriyada təhlükəsizlik, stabillik və dincliyin gücləndirilməsi istiqamətində Astana və Soçi müzakirələrinin ümid yaratdığını bildirərək deyib: Bu müsbət proses üç ölkə başçısının müzakirələri və məsləhətləşmələrinin davam etməsi ilə daha da inkişaf etməlidir. 

Ərdoğan da bu telefon söhbətində Türkiyə qüvvələrinin Afrin bölgəsindəki əməliyyatı ilə bağlı məlumat verərək xatırladıb: Ankaranın qənaətincə Suriyanın ərazi bütövlüyü bütün region ölkələrinin əsas məsələsi olmalıdır. 

Ərdoğan həmçinin regional, beynəlxalq məsələlər və terrorizmlə mübarizədə İran İslam Respublikasının Türkiyəyə dəstəyini alqışlayaraq Suriya böhranının həlli haqda İran, Türkiyə və Rusiya müzakirələr və əməkdaşlıqlar prosesinin davam etməsini vurğulayıb və deyib: Astana və Soçidə üç ölkənin səyləri prosesinə zərbə vurmaq niyyəti ilə həyata keçirilən hərəkətlər əsla regionun xeyrinə olmayacaq. 

Teqlər