Fev 20, 2018 12:07 Asia/Baku
  • Tehranın Pasdaran prospekti iğtişaşçılardan tamamilə təmizlənib

İran İslam Respublikası Hüquq-Mühafizə Qüvvələrinin sözçüsü çərşənbə axşamı günü səhər Tehranın Pasdaran prospektinin aldanmış və asayişi pozanlardan tam şəkildə təmizləndiyini bildirib.

İRİB-in məlumatına görə, general-leytenant Səid Müntəzi əl-Mehdi deyib: İran İslam Respublikası Hüquq-Mühafizə Qüvvələrinin səyi ilə ictimai asayişi pozan təxminən 300 nəfər saxlanılıb. 

İran İslam Respublikası Hüquq-Mühafizə Qüvvələrinin sözçüsü xatırladıb: Bazar ertəsi gecə hüquq-mühafizə qüvvələrinin Paasadaran prospektində asayişi bərpa etmək üzrə əməliyyatı zamanı üç məmur və 2 bəsic şəhid olub. 

General Səid Müntəzi əl-Mehdi əlavə edib: Bu əməliyyatda təxminn 30 məmur və bir qrup iğtişaşçı yaralanıb. 

Avtobusu idarə edən bir iğtişaşçı İran İslam Respublikası Hüquq-Mühafizə Qüvvələrinin üç məmurunu vurub və onlar şəhid olub. 

Minik avtomobilini idarə edən bir iğtişaşçı isə bir bəsici vurub və o şəhid olub. Başqa bir bəsic isə iğtişaşçıların bıçaq zərbələri ilə şəhid olub. 

İğtişaşçıların vəhşicəsinə hərəkətləri Tehranın Pasdaran prospektində bir çox avtomobilin xəsarət alması ilə nəticələnib. Hal-hazırda Tehranın Pasdaran prospektində vəziyyət stabildir və İranın Hüquq-Mühafizə Qüvvələrinin nəzarətindədir. 

Teqlər