Fev 20, 2018 12:16 Asia/Baku
  • Ramazan Şərif
    Ramazan Şərif

İslam İnqilabı Keşikçilər Korpusu Sepahın sözçüsü İranın Asiman Hava Yolları Şirkətinə məxsus ATR təyyarəsinin qalığının tapılmasından xəbər verib.

İRİB-in məlumatına görə, general-mayor Ramazan Şərif deyib: İslam İnqilabı Keşikçilər Korpusu Sepahın Aeronavtik Qüvvələrinin vertolyotları bu gün səhər Dena dağı yüksəkliklərində ATR təyyarəsinin qalığını tapıblar. 

İranın Asiman Hava Yolları Şirkətinə məxsus ATR təyyarəsi bazar günü Tehranın Mehrabad hava limanından Yasuc istiqamətində havaya qalxdıqdan sonra Səmiromda Dena dağlıq ərazisində qəzaya uğrayıb və 66 sərnişinin hamısı həlak olub. 

Teqlər