Fev 20, 2018 12:48 Asia/Baku
  • İranda Həzrət Fatimə-Zəhranın (s.ə) şəhadətinin ildönümü günündə əzadarlıq mərasimləri keçirilib

Əziz islam peyğəmbəri Həzrət Məhəmmədin (s.ə.s) əziz qızı və əmirəl-möminin Əli İbn Əbitalibin (ə) həyat yoldaşı Həzrət Fatimə-Zəhranın şəhadətinin ildönümü günü ilə bağlı əzadarlıq mərasimləri bütün İslami İranda əzadarların irimiqyaslı iştirakı ilə keçirilib.

Bu gün çərşənbə axşamı günü 3 cəmadiüssani 1439-cu hicri qəməri ili bir rəvayətə əsasən Həzrət Fatimə-Zəhranın (s.ə) şəhadətinin ildönümü günüdür.

Əhli-Beyt (ə) aşiqləri və vurğunları məscidlər, hüseyniyyələr, dini məkanlar, həmçinin Müqəddəs Məşhəd şəhərində dünya şiələrinin 8-ci imamı Həzrət İmam Rzanın (ə) pak hərəmi, Qum şəhərində Həzrət Məsumənin ziyarətgahında əziz islam peyğəmbərinin (s.ə.s) əziz qızının məzlumluqla şəhadətinin əzadarlıq mərasimində göz yaşları axıdıblar.

Həzrət Siddiqə-Tahirənin (s.ə) şəhadətinin ildönümü ilə yanaşı İranın müxtəlif şəhərləri, o cümlədən Müqəddəs Məşhəd, Tehran, Əlborz və Sari şəhərlərində Müqəddəs Müdafiə dövrü və hərəm müdafiəçilərinin onlarla şəhidinin dəfn mərasimi təşkil olunub.

Həzrət Fatimə-Zəhra (s.ə) Besətin 5-ci ili 20 cəmadiüssanidə Məkkə şəhərində dünyaya göz açmışdır. Həzrət Fatimə-Zəhra (s.ə) əziz atası, islam peyğəmbərinin (s.ə.s) bələdçilikləri ilə uşaqlıqdan ilahi maariflə tanış olmuşdur.

Həzrət Fatimə-Zəhra (s.ə) 18 il ömür sürdükdən sonra, o vaxtkı hakimlərin çoxlu zümləri nəticəsində və atası Həzrət Məhəmmədin (s.ə.s) vəfatının qəm-kədəri ilə bir rəvayətə əsasən 11-ci hicri qəməri ili 13 cəmadiüləvvəl və ya başqa rəvayətə əsasən, 3 cəmadiüssanidə şəhid edildi.