Fev 21, 2018 15:21 Asia/Baku
  • Ruhani İranın müdafiə qabiliyyətinin müzakirəyə açıq olmadığını deyib

İran İslam Respublikası prezidenti deyib: İran xalqı 8 illik müdafiə illərinin təcrübəsi ilə öz ölkəsinin müdafiə gücünə qarşı hərhansı mövzuya həssasdır və İranın müdafiə gücünün müzakirəyə bağlı olduğu qənaətindədir.

İİR prezidenti Həsən Ruhani bu gün Tehranda Hollandiyanın xarici işlər naziri Siqrid Kaaq ilə görüşündə bəzi ölkələrin İranın raket proqramına qarşı propaqandalarına toxunaraq deyib: İran qərb ölkələri ilə, region ölkələrinə dağıdıcı silahların geniş miqyasda satışı barədə müzakirədə maraqlıdır. Həmin silahlardan Yəməndə xalqın qırğın edilməsi, öz doğma yurdundan didərgin salınması, yaşayış məntəqələri və infrastrukturların məhv edilməsi üçün istifadə olunur.

İİR prezidenti İrandan Yəmənə raket öterülməsi ittihamının əsassız olduğunu bildirərək deyib: Bu kimi yalanlardansa bütün səylər Yəmən müharibəsinə dərhal son qoyulması, atəşkəsin bərqərar olunması, yəmənlilərə yardım edilməsi və yəmənli qruplar arasında müzakirələrə zəmin yaradılmasına yönəldilməlidir.

Ruhani İranın Avropa birliyi ilə regionda təhlükəsizlik və sabitliyin təmini və terrorizm ilə mübarizə məqsədi ilə əməkdaşlıqlara hazır olduğunu vurğulayıb.

Görüşdə Hollandiyanın XİN başçısı da AB və Hollandiyanın İİR ilə bütün sahələrdə əlaqələrin inkişaf etdirilməsinin tərəfdarı olduqlarını vurğulayaraq deyib: Hollandiya İranın özünü müdafiə üçün hərbi proqramını qanuni hesab edri və onu rəsmən tanıyır.

Teqlər