Fev 22, 2018 09:29 Asia/Baku
  • Ruhani İranın oxçuluq komandasını təbrik etdi

İran İslam Respublikası prezidenti çərşənbə gecə ünvanladığı müraciətdə ABŞ-da keçirilən 2018-ci il oxçuluq üzrə yarışlarda İranın gənclərdən ibarət yığma komandasının çempion olması münasibəti ilə İranın böyük xalqını təbrik edib.

İRNA-nın məlumatına görə, Həsən Ruhani bu müraciətdə xatırladıb: İranın idman tarixində ilk dəfə əldə olunan gənclərdən ibarət yığma komandanın ABŞ-da keçirilən beynəlxalq turnirdə çempion olması mərd və əxlaqlı idmançılar yetişdirən böyük xalqa sevinc bəxş etdi. 

İranın oxçuluq üzrə yığma komandası bazar günü Ukrayna yığmasını məğlub edərək ilk dəfə olaraq dünya çempionu olub. 

ABŞ-ın Yankton şəhərində 15 fevralda başlayan oxçuluq üzrə Dünya Çempionatı 18 fevralda sona çatıb. 

Teqlər