Fev 22, 2018 09:46 Asia/Baku
  • İran və Hollandiya xarici işlər nazirləri Tehranda bir araya gəlib

İran və Hollandiya xarici işlər nazirləri çərşənbə günü Tehranda bir araya gələrək danışıqlar aparıblar.

İran xarici işlər naziri Məhəmməd Cavad Zərif və Hollandiya xarici işlər naziri Siqrid Kaaq bu görüşdə ikitərəfli münasibətlərin genişləndirilməsi yolları, regional, beynəlxalq məsələlər haqda fikir mübadiləsi aparıblar. 

Əsasən də neft-qaz sektorunda iqtisadi münasibətlər, parlament münasibətləri və bank əlaqələrinin inkişaf etdirilməsi Zərif və Kaaqın haqqında danışıqlar apardığı digər mövzulardan olub. 

İran və Hollandiya xarici işlər nazirləri həmçinin regionun hazırkı vəziyyəti, xüsusilə də Yəmən və Suriya olaylarını araşdırıblar. 

Siqrid Kaaq bu görüşdə Hollandiyanın nüvə anlaşmasının tam icrasını dəstəklədiyini və bu ölkənin onun icrasına sadiq qaldığını bildirib. 

Hollandiya xarici işlər naziri çərşənbə günü səhər İran rəsmiləri ilə görüşərək danışıqlar aparmaq məqsədilə Tehrana gəlib.