Fev 22, 2018 09:57 Asia/Baku
  • İranın BMT-dəki nümayəndəsi baş katiblə görüşdü

İranın BMT-dəki daimi nümayəndəsi təşkilatın baş katibi ilə görüşərək region olayları haqda danışıqlar aparıb.

İRİB-in məlumatına görə, Qulaməli Xoşru çərşənbə günü Antonio Quterreşlə görüşdə region olaylarını araşdıraraq Yəməndəki acınacaqlı insan durumuna toxunub və deyib: Yəmən böhranını həll etmək üçün siyasi həll yolunu tapmaq zəruridir və İran BMT baş katibinin Yəmən məsələləri üzrə xüsusi elçisi Martin Qrifitslə əməkdaşlıq etməyə hazırdır. 

İranın BMT-dəki daimi nümayəndəsi həmçinin xəbərdarlıq edib ki, BMT Təhlükəsizlik Şurasında hər hansı ölçülməmiş və birtərəfli hərəkəti dəstəkləmək müharibədən zərərçəkən Yəməndə vəziyyətin daha da acınacaqlı hal alması ilə nəticələnə bilər. 

BMT baş katibi Antonio Quterreş də bu görüşdə bildirib: Yəməndə siyasi razılaşmanı əldə etmək üçün var-gücündən istifadə edəcək. 

Qulaməli Xoşru və Antonio Quterreş həmçinin bu görüşdə Suriya böhranının həlli üçün siyasi prosesin davam etməsinin vacibliyini vurğulayıblar. 

Bu görüşün sonunda BMT qərargahında Novruz Beynəxlalq Günü tədbirində iştirak etmək məqsədilə 12 ölkənin nümayəndəsi olaraq İran İslam Respublikasının dəvətnaməsi BMT baş katibinə təqdim olunub.