Fev 23, 2018 14:42 Asia/Baku
  • Ayətullah Movəhhedi-Kermani
    Ayətullah Movəhhedi-Kermani

Tehranın müvəqqəti imamcüməsi bildirib ki, Amerika, sionist rejim və Ərəbistan İrana qarşı regional və beynəlxalq koalisiya yaratmaq niyyətindədirlər. O, deyib ki, Vaşinqton, Təl-Əviv və Ərriyad İranın irəliləyişlərindən əsəbidirlər.

Ayətullah Mohəmməd Əli Movəhhedi-Kermani Tehranın buhəftəki cümə namazının xütbələrində İslam İnqilabının irəliləyişlərinə işarə edərək, deyib: İran düşmənlərin fitnələrinə rəğmən, müxtəlif sahələrdəki irəliləyişlərini davam etdirəcək.

Ayətullah Movəhhedi-Kermani həmçinin İranın polis qüvvələrindən üç nəfərin və iki bəsic qüvvəsinin şəhid olması ilə nəticələnmiş Tehranın Pasdaran küçəsindəki cinayəti pisləyərək, məhkəmə aparatından bu cinayətin amillərilə qətiyyətlə rəftar etməsini istəyib.

Tehranın müvəqqəti imamcüməsi Tehran-Yasuc təyyarəsinin süqut etməsi hadisəsində həlak olanların ailələrinin kədərilə bölüşərək, həyatlarını itirənlər üçün ilahi bağışlanma, onların ailələri üçün isə səbir diləyibdir.

Ayətullah Movəhhedi-Kermani məsul şəxslərin İranın qərbində yerləşən Kermanşah vilayətində zəlzələdən zərərçəkənlərin məsələlərinə baxmaq üzrə səylərinə görə təşəkkür edərək, onlara daha artıq diqqətin və onların problemlərinin həllinin vacibliyini də vurğulayıb.

Tehranın müvəqqəti imamcüməsi həmçinin Böyük İslam Peyğəmbəri(s.ə.s)-in əziz qızı Həzrəti Fatimeyi-Zəhra(s.ə)-nın şəhadətinin ildönümü günü münasibətilə başsağlığı verərək, deyib: Həzrət Zəhra(s.ə)-nın dünya şiələrinin birinci imamı- İmam Əli(ə)-ın vilayətini müdafiə etməsi, dünya şiələrinin on ikinci imamı- İmam Zaman(əc)-in dünyada ədalətin icrası üzrə meyarıdır.

Teqlər