Fev 24, 2018 11:07 Asia/Baku
  • Ruhani Xarəzmi festivalının qaliblərini alqışlayıb

İran İslam Respublikası prezidenti beynəlxalq Xarəzmi festivalının iranlı və əcnəbi qaliblərini alqışlayıb.

İSNA-nın verdiyi məlumata görə, İran İslam Respublikası prezidenti Həsən Ruhani bu gün 31-ci beynəlxalq Xarəzmi festivalının yekun mərasimində ölkə daxilindən 10 Avstraliya, Çin, Almaniya, Fransa və İsveçrədən olan 5 elmi layihənin tədqiqatçılarını yüksək qiymətləndirib. 

Xarəzmi beynəlxalq festivalının bu dövründə 49 ölkənin alimləri tərəfindən 133 və iranlı alimlər tərəfindən 377 layihə təqdim olunmuşdu. 

Beynəlxalq Xarəzmi festivalı hər il elm və texnologiya sahəsində istedadları müəyyənləşdirmək və onlara elmi fəaliyyətlərində dəstək vermək məqsədi ilə keçirilir. 

 

Teqlər