Fev 26, 2018 20:51 Asia/Baku
  • İtaliya İsfahanda iki milyon avroluq sərmayə yatırır
    İtaliya İsfahanda iki milyon avroluq sərmayə yatırır

İranın mərkəzində yerləşən İsfahanın ticarət palatasının mədənlər və mədən sənayesi komissiyası ilə İtaliyanın daş sənayesi konfedereasiyasi arasında əməkdaşlıq memorandumu imzalanıb.

İtaliyanın daş sənayesi konfedereasiyasinın sədri Flavio Marbli bu gün İsfahanın ticarət palatasında bildirib ki, bu konfederasiya İsfahan vilayətinin daş istehsalı və emalı imkanlarına görə, bu sektora sərmayənin yatırılmasını istəyir. O, deyib: İsfahanda daş institutu və laboratoriyasının işə salınması üzrə memorandum iki tərəf vasitəsilə imzalanıb.

İtaliyanın daş sənayesi konfedereasiyasinın sədri texnologiyanın ötürülməsi, marketinq, tədqiqat institutu və laboratoriyanın işə salınması və satışı İsfahan ilə anlaşma sənədinin əsas mövzularından adlandırıb və belə əlavə edib: İsfahanda və İtaliyada müştərək sərginin keçirilməsi iki tərəfin digər mühüm əməkdaşlıq sahələrindəndir.

Flavio Marbli həmçinin İtaliyanın daş sənayesi konfedereasiyasinın BMT-nin Sənaye İnkişafı Təşkilatı- YUNİDO ilə həmkarlığına toxunaraq, deyib: YUNİDO İsfahanda daş institutunun tikilməsini himayə edib və İranın İsfahan vilayətində daş sənayesinin inkişaf etməsini istəyibdir.

İsfahan ticarət palatasının sədri Əbdulvəhab Səhlabadi də deyib: İtaliyanın daş sənayesi konfedereasiyasi ilə anlaşma sənədi daşın çıxarılması və emal olunması texnologiyasının köçürülməsi və infrastrukturların yaradılması məqsədilə imzalanıbdır ki, Avropa İttifaqı tərəfindən ilk etapda iki milyon, ikinci etapda isə yeddi milyon avro cəzb olunacaqdır.

Səhlabadi əlavə edib: İsfahan vilayətinin özəl sektoru Avropa Birliyinin investisiyalarını cəzb etməyə hazırdır.

Teqlər