Mart 03, 2018 19:14 Asia/Baku
  • 
İranın ixracat qabiliyyətlərinin təqdimatı
    İranın ixracat qabiliyyətlərinin təqdimatı

İranın Gilan vilayətinin ticarət, sənaye, mədən və kənd təsərrüfatı otağının sədri deyib: Rusiyanın Həştərxan şəhərində iranlıların ticarət mərkəzi İranın ixracat qabiliyyətlərinin təqdimatı üçün münasib fürsətdir.

İranın Gilan vilayətinin ticarət, sənaye, mədən və kənd təsərrüfatı otağının sədri Hadi Tizhuş Taban bu gün IRNA ilə müsahibədə əlavə edib: Ənzəli azad məntəqəsinin nümayəndəliyindən əlavə, İranın 14 ticarət palatasının nümayəndələri də iranlıların ticarət mərkəzində yerləşiblər və bu üzdən, Rusiyanın ehtiyac duyduğu məhsulların nümunəsi bu ölkəyə ixrac edilir.

Tizhuş Taban bildirib ki, Rusiyanın Həştərxan şəhərində yerləşən iranlıların ticarət mərkəzinin işə salınmasının minimum naliyyəti, ixracatın bir neçə dəfə artması olmalıdır. O, deyib: İranlıların ticarət mərkəzinin işə salınmasından bəri bir çox rus şirkətlər öz istək və sifarişlərinə uyğun olaraq, İranın ticarət mərkəzinə müraciət edirlər və onların istəkləri təklif etdikləri qiymətlərə əsasən, araşdırılır.

İranın Gilan vilayətinin ticarət, sənaye, mədən və kənd təsərrüfatı otağının sədri söyləyib: İranın ticarət fəaliyyətləri təkcə Həştərxana aid olmur və digər məntəqələrdə, xüsusən Rusiyanın cənubunda da ticarət fəaliyyətləri bərqərardır.

Həştərxan liman şəhəri Volqa çayının Xəzər dənizinə çıxan mənsəbində yerləşir və əsas su və quru yoludur.

200-dən çox iranlı şirkət Həştərxanda fəaliyyət göstərir və bu məntəqə iranlıların Rusiyanın cənubundakı ticarət fəaliyyətlərinin mərkəzinə çevrilibdir.

Teqlər