Mart 05, 2018 19:44 Asia/Baku
  • Laricani İran ilə Türkiyə əməkdaşlıqlarını vurğulayıb
    Laricani İran ilə Türkiyə əməkdaşlıqlarını vurğulayıb

İran İslam Respublikası İslami Şura Məclisinin sədri deyib: İran və Türkiyənin potensialı o qədər böyükdür ki, biri-biri ilə yaxından əməkdaşlıq edərlərsə regiondakı böhranlara qalib gələ və müsbət nəticələr əldə edə biləcəklər.

Əli Laricani bu gün Tehranda Türkiyə parlamentinin Xarici Komissiyasının sədri Volkan Bozkir ilə görüşündə deyib: İki ölkə parlamentləri arasında əlaqələrin genişləndirilməsi münasibətlərin səviyyəsinin yüksəlməsinə səbəb olacaq və müstəqil ölkələr arasında daha geniş əməkdaşlıqlar tələb edən ən önəmli məsələ terrorizm ilə mübarizədən ibarətdir. 

İran parlamentinin sədri bəzi region ölkələrinin terrorizmə dəstək vermələrini qınayaraq deyib: İran və Türkiyə terrorizm ilə mübarizədə əzmkar olduqlarını nümayiş etdirdilər və digər ölkələr də bu xüsusda davamlı və geniş əməkdaşlıqların tərəfdarıdırlar. 

Görüşdə Türkiyə palamentinin Xarici Komissiyasının sədri Volkan Bozkir də Türkiyə və İran xalqları arasındakı ortaqlıqlara toxunaraq deyib: İran və Türkiyə regionun iki böyük ölkəsi olaraq ciddi təhlükəsizlik təhdidləri ilə üz-üzədirlər. 

Türkiyə palamentinin üzvü region ölkələrinin ərazi bütövlüyü və suverinliyinin mühafizə edilməsini vurğulayaraq deyib: Türkiyə qonşularından heç birinin torpağına gözü yoxdur və ümid edir ki, Suriya da İraq kimi tezliklə sülh və sakitliyə nail olacaq.

Teqlər