Mart 06, 2018 12:40 Asia/Baku
  • ABŞ Ali Məhkəməsi İran Milli Bankının apelyasiya şikayətini qəbul etməyib
    ABŞ Ali Məhkəməsi İran Milli Bankının apelyasiya şikayətini qəbul etməyib

ABŞ-ın Ali Məhkəməsi İranın Milli Bankının apelyasiya şikayətini rədd edib və terrorizmə dəstək yalan bəhanə ilə İran xalqının əmlakından milyonlarla dollar müsadirə olunub.

İRİB-in məlumatına görə, ABŞ-ın Ali Məhkəməsi bazar ertəsi günü İran əleyhinə hərəkətdə terror hadisələrinin qurbanlarının ailələri və sağ qalanlarına milyonlarla dollar kompensasiya almaq icazəsi verən aşağı səviyyəli məhkəmənin qərarı haqda İranın Milli Bankının apelyasiya şikayətini rədd edib. 

Bu qərar əslində İranın müdaxiləsi iddiası ilə terror hadisələri qurbanlarına İranın Milli Bankına bağlı bəzi şirkətlərin vəsaitindən 17 milyon 600 min dollar pulun götürülməsinə icazə verir. 

Bundan öncə ABŞ Ali Məhkəməsi şikayətçilərin Çikaqo muzeyində İranın antik əşyalarının kompensasiya olaraq götürə bilmələri üzrə başqa bir məhkəmənin qərarını ləğv etmişdi. 

Teqlər