Mart 16, 2018 13:12 Asia/Baku
  • İran və Qazaxıstan xarici işlər nazirləri Astanada görüşüblər
    İran və Qazaxıstan xarici işlər nazirləri Astanada görüşüblər

İran-Rusiya-Türkiyə üçtərəfli iclasında iştirak üçün Qazaxıstanın paytaxtı Astanaya səfər etmiş İranın xarici işlər naziri bu gün səhər Qazaxıstanın xarici işlər nazirinin dəvətilə onun işgüzar səhər yeməyində iştirak edib.

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif və Qazaxıstanın xarici işlər naziri Kayrat Abdurraxmanov bu görüşdə iki ölkənin xüsusilə energetika, tranzit, müştərək investisiya və ticarət mübadilələrinin artırılması sahələrindəki razılaşmalarının icrasını vurğulayıblar.

İqtisadi fəallar üçün vizanın verilməsinin asanlaşdırılması, bank əməkdaşlıqları yolundakı maneələrin aradan götürülməsi və Qazaxıstan şirkətlərinin İranın nəqliyyat sektorunda sərmayə yatırmağa maraq göstərmələri Zərif-Abdurraxmanov görüşündə araşdırılmış məsələlərdən olubdur.

İran və Qazaxıstanın xarici işlər nazirləri həmçinin ən mühüm regional və beynəlxalq məsələlər barədə fikir mübadiləsi aparıblar.

Teqlər