Mart 17, 2018 16:47 Asia/Baku
  • Ruhani Ərdoğana başsağlığı verdi
    Ruhani Ərdoğana başsağlığı verdi

İran İslam Respublikası prezidenti Türkiyə təyyarəsinin İran ərazisində qəzaya uğraması və sərnişinlərin həlak olması ilə əlaqədar Türkiyə prezidentinə başsağlığı müraciəti ünvanlayıb.

Birləşmiş Ərəb Əmirliklərindən İstanbula uçan Türkiyənin şəxsi təyyarəsi 11 martda İranın Çahar Mahal və Bəxtiyari vilayətində Şəhre-Kord ətrafında qəzaya uğrayıb və təyyarənin 11 sərnişini həlak olub. 

İran İslam Respublikası prezidenti Həsən Ruhani bu müraciətdə Türkiyə təyyarəsinin İran ərazisində qəzaya uğramasından təəssüfləndiyini bildirərək, bu hadisədə həlak olanlara Allahdan rəhmət və ailələrinə səbir diləyib. 

Teqlər