Mart 17, 2018 18:12 Asia/Baku
  • Şəmxani: İranın müdafiə potensialları ciddi şəkildə davam edir
    Şəmxani: İranın müdafiə potensialları ciddi şəkildə davam edir

İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Avropanın ABŞ və sionist rejimin oyun meydançasında yer alması və nüvə anlaşmasını qorumaq bəhanəsi ilə onların bac almasına müsbət cavab verməsi haqda xəbərdarlıq edib və deyib: İranın müdafiə potensialları ciddi şəkildə davam edir.

Əli Şəmxani şənbə günü Tehranda Oman xarici işlər naziri Yusif Bin Ələvi ilə görüşdə deyib: Önləyicilik xüsusiyyətinə malik İranın müdafiə potensialları, xüsusilə də raket proqramı milli təhlükəsizlik tələblərinə əsasən ciddi şəkildə davam edir və siyasi və media təbliğatlarının onun davam etməsinə təsiri olmayacaq. 

Nüvə anlaşması qarşısında ABŞ-ın qeyri-qanuni davranışı və öhdəliyini yerinə yetirməməsi, Avropanın Vaşinqton qarşısındakı passivliyinə münasibət bildirən Şəmxani əlavə edib: İran ABŞ-ın nüvə anlaşması qarşılığında dəfələrlə öhdəliyi pozmasına layiqli və zamanında cavab verir və nüvə anlaşmasını məhdudlaşdıracaq hər hansı dəyişiklik, izah və ya yeni addımı qəbul etmir. 

Şəmxani Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri təyyarələrinin hücumunda yəmənli uşaq və qadınların qırğın edilməsinin davam etməsindən nigaranlıq edərək xatırladıb: İran və Omanın Yəmən böhranı üzrə birgə mövqeyi və baxışı müharibənin dərhal dayandırılması, atəşkəsin bərpa edilməsi, mühasirənin ləğv edilməsi, humanitar yardımların göndərilməsi, Yəmən xalqının tələbi və səsinə əsasən yeni siyasi strukturların formalaşması üçün yəmənli-yəmənli danışıqların həyata keçirilməsidir. 

İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi həmçinin bəzi ölkələrin regionda siyasi və təhlükəsizlik boşluqlarının genişləndirilməsi və ikiqütblü atmosferin yaradılması üzrə davamlı səylərini qınayaraq deyib: Fars körfəzi və regionun təhlükəsizliyi, yalnız çoxtərəfli şəkildə və hər hansı gərginlikdən uzaq formada reallaşa bilər. 

Yusif Bin Ələvi də bu görüşdə siyasi iradəni tətbiq etmək üçün hərbi vasitələrdən istifadə olunmasını qəbuledilməz adlandırıb və deyib: Regionda son illərin təcrübəsi zorakılıq və hərb yerinə danışıqlar və anlaşma yolunun davam etdirilməsinin vacibliyini əks etdirr. 

Yusif Bin Ələvi Omanın İranı özünə dost, etimad ediləsi şərik və qonşu hesab etdiyini bildirərək regionda sülh və stabilliyin yaradılmasında İslam Respublikasının rolunu alqışlayıb. 

Teqlər