Mart 19, 2018 17:17 Asia/Baku
  • Qasemi: İran öz müdafiə məsələləri barədə başqaları ilə müzakirə etmir

İran Xarici İşlər Nazirliyinin sözçüsü vurğulayıb: İran İslam Respublikası özünün müdafiə və digər daxili və təhlükəsizlik məsələləri barədə başqaları ilə müzakirə masasının arxasına oturmayacaq.

Bəhram Qasemi bu gün Fransanın xarici işlər naziri Jan-İv Le Drianın Avropa Birliyinin xarici işlər nazirlərinin Brüsseldə keçirilən iclası kənarında İranın regiondakı şübhəli rolu barədə söylədiyi sözləri rədd edərək, deyib: Fransanın xarici işlər naziri Tehrana son səfərində açıq şəkildə İran İslam Respublikasının müxtəlif beynəlxalq və regional məsələlər barədəki mövqeyi barədə məlumatlandı və bu sözlər dərkolunmaz, qəribə və məntiqsiz bir mövqedir.

İran Xarici İşlər Nazirliyinin sözçüsü sonra belə qeyd edib: Tehranda ətraflı müzakirələrdən sonra bu proyeksiyaların təkrarlanması bəzi avropalı dövlət başçıları ilə danışıqların səmərəli olmasına ümidvarlığı tərəddüdlə üzləşdirir.

Teqlər