Mart 20, 2018 17:22 Asia/Baku
  • İran məclisinin sədri bir neçə ölkənin parlament sədrlərinə novruz təbriki göndərib

İran İslam Şurası Məclisinin sədri Əfqanıstan, Tacikistan, Türkiyə, Pakistan, Özbəkistan, Azərbaycan Respublikası, Qırğızıstan, Qazaxıstan və İraqdakı həmkarlarına qədim novruz bayramı münasibətilə təbrik müraciətləri göndərib.

Əli Laricani bu gün Əfqanıstan, Tacikistan, Türkiyə, Pakistan, Özbəkistan, Azərbaycan Respublikası, Qırğızıstan, Qazaxıstan və İraqın parlament sədrlərinə ayrı-ayrılıqda müraciətlər göndərərək, bildirib ki, novruz təbiətin çiçəklənmə, inkişaf, təravət və təzəliklə dolu dəyişikliyə doğru hərəkətinin başlanmasına təsadüf edir. 

O, ümid etdiyini bildirib ki, təbiətdə dəyişikliklə eyni zamanda qarşıdan gələn il bütün xalqlar üçün ədalətlə yanaşı olan günbəgün artan rifah və tərəqqi ilə aşıb-daşacaq.

İran İslam Şurası Məclisinin sədri həmçinin regiondakı hazırkı problemlərin həlli və qarşıda duran təhdidlərlə mübarizənin bütün region ölkələrinin yaxından anlaşmalarından asılı olduğunu bildirib və belə söyləyib: Şübhəsiz, parlament dialoqları prosesinin gücləndirilməsi regionun təhlükəsizliyi və sabitliyinə yardımda mühüm rol oynayacaqdır.